Gunxeber.Az-a bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin mətbuat katibi Rüfət Zəkizadə məlumat verib.
Onun sözlərinə görə 15 sentyabr Bilik Günündə “Azərbaycan Uşaqları” İctimai Birliyindən 31 nəfər uşaq müxtəlif təhsil müəssisələrinə yollandı.
Qeyd edək ki,AUİB-nin sosial xidmət müəssisəsi olan Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində məskunlaşan təhsildən yayındırılmış və təhsili yenidən bərpa olunmuş uşaqlardan 16 nəfəri tam orta məktəbdə,12 nəfəri müxtəlif Bakı Dövlət Peşə Təhsil Mərkəzlərində,2 nəfəri ali təhsil müəssisəsində,bir nəfəri isə kollecdə təhsil alacaq.














