Tovuzda ağır yol-nəqliyyat hadisəsi olub.

Gunxeber.Az xəbər verir ki, qəza rayonun Əlimərdanlı kəndi ərazisində baş verib.

Belə ki, “Toyota Prius” avtomobili “Opel” markalı avtomobillə toqquşub.

Qəza zamanı 1989-cu il təvəllüdlü Zaur Mehdiyev və 2002-ci il təvəllüdlü Ağası Məmmədov müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta ağırdır.

Qeyd olunub ki, xəsarət alanlar taksi fəaliyyəti göstəriblər.

Faktla bağlı araşdırma başlanılıb.