Daşkəsən rayonunda leysan xarakterli yağış yağır.

Gunxeber.Az məlumat verir ki, güclü yağıntı nəticəsində ucqar yaşayış məntəqələrindən biri – Alaxançallı kəndinə sel gəlib. Nəticədə, bir sıra fəsadlar yaranıb.

Yağıntılı hava şəraiti rayonun digər kəndlərində də müəyyən problemlər yaradıb.