Nizami rayonunda yanğın hadisəsi baş verib.

Gunxeber.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 550 m² olan birmərtəbəli obyektin dam örtüyünün taxta atmaları 15 m² sahədə və bir otağına yığılan mallar 5 m² sahədə yanıb.

Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.