Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gunxeber.Az-ın məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini, 1997-ci il təvəllüdlü Mirəli Yavər oğlu Nəbiyev idarə etdiyi avtomobillə 1951-ci il təvəllüdlü Sahib Məmməd oğlu Fətullayevi vurub. O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.