Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İsmayıllı rayonunda səyyar qəbul keçirilməsi nəzərdə tutulur.

Səyyar qəbulun keçirilməsində məqsəd maliyyə xidmətləri sahəsində istehlakçıların hüquqlarının müdafiəsi, o cümlədən bank, sığorta, kapital bazarı və ödəniş sistemləri ilə bağlı yaranmış çətinliklərin dinlənilməsi, mövcud problemlərin həlli və vətəndaşların müraciətlərinə baxılmasıdır.

Qəbul zamanı Mərkəzi Bankın müvafiq əməkdaşları tərəfindən vətəndaşların müraciətləri qeydə alınacaq və onların həlli istiqamətində tədbirlər görüləcəkdir.

Qəbul 03 sentyabr 2025-ci il tarixində saat 11:00 da, H.Əliyev mərkəzində keçiriləcəkdir.

Qəbuldə iştirak etmək istəyən şəxslər 01 sentyabr tarixinədək yaşadıqları ərazi üzrə İsmayıllı RİH başçsının İƏD üzrə nümayəndəliklərinə yaxınlaşaraq müraciət edə bilərlər.