Ağdamda valideynləri tərəfindən işgəncəyə məruz qalan körpənin vəziyyəti ağırdır.
Gunxeber.Az “Report”a istinadla xəbər verir ki, körpə əqli qüsurlu olan hər iki valideyni tərəfindən əvvəllər də işgəncəyə məruz qalıb.
13.09.2023 təvəllüdlü R.M. 2024-cü ildə Ağdam Rayon Məhkəməsinin qərarı ilə valideynlərindən alınaraq uşaq evinə verilib. Lakin bir müddət sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə yenidən valideynlərinə qaytarılıb.
Ağdamda azyaşlı ağır xəsarət alıb.
Gunxeber.Az APA-ya istinadən xəbər verir ki, rayonunun Xındırıstan kənd sakini 2023-cü il təvəllüdlü Rəhimov Vəli (ad şərti) ağır travmalarla Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda ölümcül halda olan körpənin valideyni tərəfindən döyüldüyü deyilir.
Əməli törətməkdə şübhəli bilinən, azyaşlının atası Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.







