Gunxeber.Az-a bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin mətbuat katibi Rüfət Zəkizadə məlumat verib.
Onun sözlərinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ayırdığı qrant vəsaiti hesabına “Azərbaycan Uşaqları” İctmai Birliyi tərəfindən həyata keçirilən “Yeni nəsil qızlar: təhsildə və həyatda uğura doğru” layihəsi çərçivəsində yeniyetmə qızların həyatda uğur qazanmasında təhsilin rolunu göstərən modelin “7 uğurlu gözəl” adlı qısa videoçarxlar hazırlanmışdır. Burada təşkilat nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində dəstək görmüş yeniyetmə qızların uğur hekayələri öz əksini tapıb.
Video çarxlar daha geniş auditoriyanın izləməsi üçün sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, sözügedən layihənin əsəs məqsədi erkən nikah, məişət zorakılığı və təhsildən yayınma problemlərinin həllinə töhfə vermək, həmin problemlərin qarşısını almaq üçün inklüziv metodlarla qızların təhsilə və ictimai fəaliyyətlərə cəlb olunmasıdır.
İcra edilən layihə üzrə gənc qızların maarifləndirilməsi və motivasiyasının artırılması, motivasiya təlimləri və Art terapiya və digər kreativ metodlarla onlarda özünəinam və fərdi inkişafı təmin etmək fəaliyyətləri də yerinə yetirilmişdir.
Növbəti ay 15 sentyabr bilik gününə həsr olunan “Özgə uşağı olmur” devizi altında uşaq və yeniyetmələr üçün Festivalının təkil edilməsi nəzərdə tutulub.
Layihə çərçivəsində fəaliyyətlər Bakıda yaşayan və xüsusi qayğıya ehtiyacı olan, potensial erkən nikah, məişət zorakılığına məruz, təhsildən kənar qalan və hazırda reabilitasiya keçən yeniyetmə qızlar, Naxçıvan Muxtar Respublikda ərazisində islə Naxçıvan Qızlar Liseynin müdavimləri və eləcə də, Ordubad şəhər tam orta internat məktəbinin qız şagirdləri arasında keçirilib.























