Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Bu barədə Gunxeber.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

“Avqustun 26-sı saat 19:30-da Kürdəmir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bir nəfər (qadın cinsli) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1975-ci il təvəllüdlü şəxsə L2 fəqərəsinin kompression sınığı diaqnozu təyin olunub və zəruri ilkin tibbi xidmət göstərilib.

Vəziyyəti kafi qiymətləndirilən pasiyent öz istəyi ilə ixtisaslı tibbi xidmətdən imtina edib”, – məlumatda qeyd olunub.

Kürdəmir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gunxeber.Az-ın məlumatına görə, hadisə Ağsu-Kürdəmir-İmişli-Bəhrəmtəpə avtomobil yolunun Kürdəmir rayonu Ucarlı kəndi ərazisindən keçən hissəsində baş verib.

Ağsu rayonu istiqamətində hərəkətdə olan 27.05.1986-ci il təvəllüdlü, Ağsu rayonu Göydəlləkli kənd sakini Vahid Firuz oğlu Alıyev idarə etdiyi “Mercedes Benz 190” markalı 10-NA-461 dövlət qeydiyyat nişanlı avtomobillə eyni istiqamətdə hərəkətdə olan 12.07.1984-cü il təvəllüdlü Qax rayonu Çüdüllü kənd sakini Nəsimi Firudin oğlu Hümmətovun idarə etdiyi “Chevrolet Cruze” markalı 90-BY-984 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Hadisə nəticəsində “Mercedes Benz 190” markalı avtomobilin sürücüsü Vahid Firuz oğlu Alıyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, həmin avtomobildə olan sərnişin Dürdanə Yaqub qızı Səfərova da müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi başlanılıb.