Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Hüquqi-
Sosial Yardım və Maarifləndirmə İctimai Birliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində “İnsan alveri ilə mübarizə: insan hüquqlarının müdafiəsidir” ictimai maarifləndirmə kampaniyasının təşkili adlı təlim keçirib.

Açılış İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktor əvəzedicisi Xatira Bağırova
tərəfindən edilib. Təlimdə İsmayıllı Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Gülnarə
Mirzəliyeva, layihə rəhbəri Fariz Əkbərov, təlimçi, Vəkillər Kollegiyasının üzvü vəkil Namiq
Həşimov və hüquqşünas tərəfindən iştirakçılara insan alverinə qarşı mübarizədə ictimaiyyətin
rolunun artırılması, potensial qurbanların və gənclərin maarifləndirilməsi, qanunvericilik
tələblərinin izahı, qurbanlara hüquqi və psixoloji yardım göstərilməsi, zorakılıq hallarının
azaldılması məqsədilə icmalarda maarifləndirmə işlərinin aparılması barədə məlumat
verilib. Həmçinin dövlət qurumları və hüquq-mühafizə orqanlarının erkən aşkarlama və
müdaxilə bacarıqlarının gücləndirilməsi, insan alverinin qarşısının alınması üçün müxtəlif sosial
təbəqələrdə təbliğat işlərinin təşkili, qurbanları gözləyən təhlükələr və mövcud müdafiə
tədbirləri, inzibati və cinayət-hüquqi mexanizmlər barədə danışıqlar aparılıb.

Təlim maraqlı diskussiya və müzakirə formasında başa çatıb.