Şəmkir rayonunda 55 yaşlı qadın xəstəxanada ölüb.

Gunxeber.Az-ın məlumatına görə, rayonun Kür qəsəbəsinin sakini, 1970-ci il təvəllüdlü Nazilə Zakir qızı Hüseynova yaşadığı evin hamam otağında olarkən qəfil təzyiqi yüksəlib və yıxılıb. Xəstəxanaya yerləşdirilən N.Hüseynovaya tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Qadın xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.