Xaçmazda avtomobil ağaca çırpılıb, sürücüsü xəsarət alıb.

Gunxeber.Az Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, hadisə rayonun Ağyazı Buduq kəndi ərazisində baş verib.

KIA markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılması nəticəsində sürücü, 1999-cu il təvəllüdlü Elvin Məzahir oğlu Əlmərdanov deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-in xilasediciləri xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

YouTube player