Göyçayda bir qədər əvvəl baş verən zəlzələnin maqnitudası 4 bal olub.
Gunxeber.Az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatında deyilir.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla 11:03-də İsmayıllı stansiyasından 35 km cənub-qərbdə, Göyçay rayonunda qeydə alınan zəlzələ 16 km dərinlikdə meydana gəlib.
Göyçay şəhərində zəlzələ olub.

Gunxeber.Az-a bu barədə yerli sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, yeraltı təkanlar bu gün saat 11 radələrində hiss olunub.
İnsanlar mənzillərini tərk edərək küçədə gözləyirlər.
Məsələ ilə ilə bağlı aidiyyəti üzrə sorğu verilib.






