Qəbələdə əcnəbi turistlər qəzaya uğrayıblar.

Gunxeber.Az xəbər verir ki, hadisə rayonun Laza kəndi istiqamətində qeydə alınıb.

Belə ki, əcnəbi qadınların idarə etdiyi kvadrosikl başqa bir kvadrosikllə toqquşub.

Hadisə nəticəsində 4 nəfər ağır bədən xəsarətləri alıb.

Təcili tibbi yardım şöbəsinə yerləşdirilən şəxslərə zəruri tibbi yardım göstərilib.

Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.