Biləsuvar rayonunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gunxeber.Az-ın məlumatına görə, hadisə rayonun Ağalıkənd kəndində qeydə alınıb.
Hadisə zamanı “Mercedes” markalı minik avtomobili piyada – 2004-cü il təvəllüdlü Aysun Abbaslını vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.






