Laçın rayonunun Qarakeçdi kəndi yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gunxeber.Az-ın məlumatına görə, “Mercedes” markalı minik avtomobili hərəkət zamanı idarəetməni itirərək aşıb.

Qəza nəticəsində üç nəfər ölüb, bir nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.