Sabirabadda kanalda boğulan gəncin meyiti sudan çıxarılıb.

Gunxeber.Az-ın məlumatına görə, rayonun Qaragüney kənd sakini, 2005-ci il təvəllüdlü Musayev Səfərağa Elşən oğlunun meyiti dalğıc-xilasedicilər tərəfindən kanalda aşkarlanaraq çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Sabirabadda bir nəfər kanalda batıb.

Bu barədə Gunxeber.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Sabirabad rayonu, Qaragüney kəndində 1 nəfərin suvarma kanalında batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.