Ağdaş rayonunda bədbəxt hadisə baş verib.

Gunxeber.Az-ın məlumatına görə, rayon sakini 1991-ci il təvəllüdlü Nurlan Bayramov Yuxarı Qəsil kəndinin ərazisində yerləşən evdə təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində damdan yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş N.Bayramovun vəziyyəti ağırdır.