“Azərbaycan Uşaqları” İctmai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ayırdığı qrant vəsaiti hesabına həyata keçirilən “Yeni nəsil qızlar: təhsildə və həyatda uğura doğru” layihəsi çərçivəsində iyul ayında Bakıda yaşayan və xüsusi qayğıya ehtiyacı olan, potensial erkən nikah, məişət zorakılığına məruz, təhsildən kənar qalan və hazırda reabilitasiya keçən yeniyetmə qızlar, həmçinin Naxçıvan Muxtar Respublikasında Naxçıvan Qızlar Liseyi müdavimləri və Ordubad şəhər tam orta internat məktəbi şagirdləri arasında seçilən qızlar üçün Motivasiya təlimləri və Art terapiya kursları təşkil edildi.

Bu barədə GunXeber.Az-a “Azərbaycan Uşaqları” İctimai Birliyinin mətbuat katibi Rüfət Zəkizadə məlumat verib.

Motivasiya təlimlərində mövzunun əsasları və xüsusiyyətləri, funksional komponentlər, motivasiya üçün tövsiyə edilən mərhələlər, həyatda onun tətbiqinə istiqamətlənən metodları və s. haqqında məlumatlar veriləcək, müxtəlif oyunlar, tapşırıqlar, qısa filmlər izlənməsi və müzakirələr baş tutdu. Art terapiya kurslarında isə mövzu üzrə məlumatlar, metodologiya və onun tətbiqinə istiqamətlənən vasitələr və s. haqqında məlumatlar veriləcək, müxtəlif oyunlar, tapşırıqlar və söhbətlər oldu, kursların praktik hissəsində saplarla işləmə,toxuma, taxtada və şüşə üzərində işləmə, daş və gips fiqurlarında rəngləmə, muncuqlardan formalar hazırlama həyata keçirildi.

Ümumilikdə təlim və kurslara dinləyici kimi 60 yeniyetmə qız cəlb edildi.

Əsas məqsədi erkən nikah, məişət zorakılığı və təhsildən yayınma problemlərinin həllinə töhfə verməyi hədəfləyən, beləliklə də həmin problemlərin qarşısını almaq üçün inklüziv metodlarla qızların təhsilə və ictimai fəaliyyətlərə cəlb olunmasının əsas prioriteti hesab edən layihə çərçivəsində  yeniyetmə qızların həyatda uğur qazanmasında təhsilin rolunu göstərən modelin “7 uğurlu gözəl” adlı qısa videoçarxlarda əks etdirilməsi və 15 sentyabr bilik gününə həsr olunan “Özgə uşağı olmur” devizi altında uşaq və yeniyetmələr üçün Festivalının təkili nəzərdə tutulub. 

Layihə bu ilin sentybrında başa çatacaq.