Su çəninin partlaması nəticəsində ağır xəsarət alan qadınla bağlı AÇIQLAMA

Yanvarın 16-da 1991-ci il təvəllüdlü Sevinc Cəfərova bədən səthinin 75-80%-nin 2-3A dərəcəli termik yanığı diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.

Bu barədə GuNXeBeR.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat verilib.

“İlkin tibbi yardım və reanimasiya tədbirləri göstərildikdən sonra xəstə ixtisaslaşmış müayinə və müalicə məqsədilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə edilib. Yanıq Mərkəzinə təxliyə olunan şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti kritik ağır olaraq qiymətləndirilir”, – deyə məlumatda bildirilir.

Nurlan Nugayev

Göyçayda qadın ağır yanıq xəsarətləri alıb.

GunXeber.Az xəbər verir ki, Göyçay şəhər sakini 1991-ci il təvəllüd Sevinc Cəfərova hamamda su ilə dolu çənin qızması və partlaması nəticəsində yanıq xəsarətləri alıb.

Xəstə dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir