Lənkəranda avtomobil dərəyə aşıb.

Gunxeber.Az bildirir ki, hadisə rayonun Xanbulan-Biləsər kənd yolunun Daşdatük kəndi ərazisində baş verib.

Belə ki, Astara rayonunun Siyəkü kənd sakini, 21 yaşlı Səbuhi Namiq oğlu Rzayevin idarə etdiyi VAZ-2107 markalı nəqliyyat vasitəsi idarəetməni itirərək təxminən 100 metr hündürlükdən dərəyə aşıb və ağaca çırpılaraq dayanıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər – Siyəkü kənd sakinləri, 16 yaşlı Qalib Şaiq oğlu Şahməmmədov və 22 yaşlı Sənan İlqar oğlu Əhmədov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdiriliblər.

Yaralıların müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.