Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfər batıb.

Gunxeber.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Novxanıda dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.