Naftalanda sanatoriyada istirahət edən şəxs ölü tapılıb.

Gunxeber.Az xəbər verir ki, 1988-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Z.Kafarovun meyiti sanatoriya otaqlarından birində aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. İlkin ehtimallara görə, onun ölümünə ürəktutması səbəb olub.

Məlumata görə, Z.Kafarov Naftalana istirahət məqsədilə gedibmiş. Faktla bağlı araşdırma aparılır.