Gunxəber.Az məlumat verir ki, Təhsilimizin əsas sütunlarını təşkil edən müəllimlər içərisində Şəhriyar müəllim öz nümunəvi fəaliyyəti ilə seçilir. Kimya fənninin dərinliklərinə bələd olan və bu bilikləri şagirdlərinə sevdirərək ötürən Şəhriyar müəllim yalnız fənn biliyi ilə deyil, həm də peşəkarlığı və çalışma əzmi ilə ilham mənbəyidir.

Son zamanlar əldə etdiyi nailiyyətlər bunun bariz göstəricisidir.O, müəllimlərin sertifikasiya imtahanında 52 bal, müəllimlərin işə qəbulu (MİQ) imtahanında isə yüksək – 88.7 bal toplayaraq öz bilik və bacarıqlarını bir daha sübut etmişdir. Bu göstəricilər Şəhriyar müəllimin öz üzərində dayanmadan çalışdığını və daim inkişaf etməyi qarşısına məqsəd qoyduğunu nümayiş etdirir.

Şagirdləri ilə qurduğu səmimi və təlimə yönümlü münasibəti hər dərsi daha maraqlı və anlaşıqlı etmək üçün göstərdiyi səylər onun pedaqoji yanaşmasının nə qədər təsirli olduğunu ortaya qoyur. O, kimya fənnini bir düstur və ya reaksiya olaraq deyil, həyatın özü kimi sevdirir.

Belə müəllimlərin olması, təhsilin inkişafı və gənc nəsillərin yetişməsi baxımından əvəzsizdir. Şəhriyar müəllimə gələcək fəaliyyətində uğurlar arzulayır, onun timsalında bütün fədakar müəllimlərimizi təbrik edirik.