Saatlı rayon mərkəzi xəstəxanasının həkimi Asif Əzizov Gunxeber.Az-a müraciət edib.Müraciətdə o, bildirir ki,xəstəxananın ümumi şöbəsinin müdiri Əliyev Qoşqar İlqar oğlu bu vəzifədə saxta diplomla işləyir.Asif həkim bildirir ki, bu barədə dəfələrlə aidiyyatı qurumlara, hüquq -mühafizə orqanlarına müraciət edib ancaq hər-hansı tədbir görülməyib.

Nəzərinizə çatdıraq ki , hazırda ölkəmizdə tibb sahəsində çalışan onlarla saxta diplomlu şəxslər ifşa olunaraq işdən kənarlaşdırıb.Elə bir neçə gün əvvəl Bakı TV Bakı şəhərində klinikalardan birində saxta diplom ilə çalışan bir şəxsi də ifşa etdi.Eyni zamanda son illər ərzində saxta diplomlu “həkimlərin”əlində ölən,şikəst olan xəstələr haqqında da medya qurumlarında kifayət qədər materiallar dərc olunub.Hazırda dövlətimiz bu məsələdə ciddi şəkildə mübarizə aparır.İnanırıq ki,qeyd olunan şəxs barəsində əlaqədar qurumlar Saatlı xəstəxanasında araşdırma apararaq qərar verəcək.Çünki şikayətçi olan Asif həkim açıq şəkildə bildirir ki,adı çəkilən Qoşqar Əliyevin diplomu saxtadır,vəssalam.Qalan məsələni araşdırmaq isə əlaqədar qurumların boynuna düşür.

Məsələ bundan ibarətdir ki, xəstəxanada pediatr işləyən Asif həkim əminliklə bildirir ki, sözügedən adamın diplomu saxtadır və bunu həm xəstəxananın baş həkimi Araz həkim,həm də direktor Pərvin həkim bilir.Ancaq tədbir görülmür.Görəsən Qoşqar Əliyev bu cəsarəti kimdən,hardan alır? Bütün bu qanunsuzluqların qarşısını almaq üçün niyə tədbir görülmür?

Redaksiyadan:Faktla bağlı araşdırmalarımız davam edir.Mövzuya yenidən qayıdacağıq.Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq