Biz hamımız vətəndaşlarımızın sağlamlığı naminə onların atdığı qətiyyətli addımların, yüksək vətəndaş məsuliyyətinin və peşəkarlığının şahidi oluruq. Polis adını daşımaq şərəf və böyük məsuliyyətdir. Polislər şərəfli peşəni hər şeydən üstün tutaraq ictimai-siyasi təhlükəsizliyinin keşiyində gecə-gündüz dayanmışdır.
2 İyul – Azərbaycan Polisi Günü münasibətilə hüquq-mühafizə orqanlarının rəhbərləri və polis əməkdaşları ilə birgə ehtiram əlaməti olaraq Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzdük.
Peşə bayramı münasibətilə Daxili İşlər Nazirliyinin şəxsi heyətini, bütün polislərimizi səmimi-qəlbdən təbrik edir, onlara məsuliyyətli, fədakar və şərəfli işlərində uğurlar arzu edirik.
Yaşasın Azərbaycan Polisi!



















