Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir.

Gunxeber.Az birdirir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovanın hakimliyi ilə keçirilən prosesdə dörd nəfərin barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, saxlanılan şəxslər bir-bir məhkəməyə çıxarılır. Daha 4 nəfərin məhkəməsi davam edir.

İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinən 8 nəfərin hamısı Rusiya vətəndaşlarıdır.