Abşeron rayonunda gənc oğlanın meyiti tapılıb.
Gunxeber.Az-ın məlumatına görə, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb. Kənd sakini, 2005-ci il təvəllüdlü Aqil Cavadovun meyiti yaşadığı evin həyətində aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Hadisənin başvermə səbəbləri araşdırılır.






