Bakıda istintaq təcridxanasında saxlanılan şəxs vəfat edib.

Gunxeber.Az xəbər verir ki, hadisə dünən saat 18 radələrində qeydə alınıb.

Bildirilib ki, hadisə Penitensiar Xidmətin Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasında baş verib.

Təcridxanada saxlanılan Bakı şəhər sakini 1985-ci il təvəllüdlü İlqar Mirağa oğlu Həsənovun səhhəti qəfil pisləşib və vəfat edib.

İ.Həsənovun yüksək qan təzyiqindən öldüyü bildirilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.