Educolour Education Center və Kreativ İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə yaradılmış Təhsil&İnkişaf Platforması, 2025-ci il 28 iyun tarixində özünün ilk Təhsil&İnkişaf Forumunu keçirəcək.

Gunxeber.az bildirir ki, tədbir Qafqaz Biznes Centerdə baş tutacaq.
Təhsil&İnkişaf Forumunu maarifləndirici, motivasiyaedici formatda təşkil olunacaq.

Forumun əsas mövzusu — “Uğur Səndən Başlayır” — gənclərə, pedaqoqlara, təhsil sahəsində çalışan hər kəsə öz potensialına inanmağı və uğura doğru addımlamağı xatırlatmaq məqsədi daşıyır.

Tədbir 3 əsas hissədən ibarət olacaq:

  1. Rəsmi hissə – dövlət rəsmilərinin, təşkilatçı qurumların nümayəndələrinin çıxışı.
  2. Qeyri-rəsmi hissə – musiqili çıxışlar və incəsənət təqdimatları.
  3. Spikerlərin çıxışı – tanınmış təhsil mütəxəssisləri, motivasiyaverici şəxslər və inkişaf təlimçilərinin təqdimatları.

Forum iştirakçıları tədbir sonunda könüllülərə yaxınlaşaraq sertifikatlarını əldə edə biləcəklər.

Qeyd: Forumda iştirak etmək üçün qeydiyyat mütləqdir!

Əlaqə və qeydiyyat üçün:
📲 070 830 25 55

Təhsilin və inkişafın önündə olmaq istəyən hər kəs bu forumdan yüksək motivasya ayrılacaq!

Gunxeber.Az Ülkər Rəhmanqızı