İranın Rabitə Nazirliyi ölkə ərazisində internetə çıxışın məhdudlaşdırıldığını təsdiqləyib.

Gunxeber.Az xəbər verir ki, bu barədə İranın Rabitə Nazirliyindən məlumat verilib.

“Ölkədə davam edən fövqəladə vəziyyətlə əlaqədar, eləcə də təcavüzkarın milli kommunikasiya şəbəkəsindən hərbi məqsədlərlə istifadə edərək vətəndaşların həyatına və əmlakına təhlükə yaratması nəzərə alınaraq, aidiyyəti qurumlar tərəfindən istifadəçilərin internetə çıxışına müvəqqəti məhdudiyyətlərin tətbiq olunması barədə qərar qəbul edilib”, – deyə məlumatda bildirilir.

Nazirlik əlavə edib ki, əsas rabitə vasitələri və ölkədaxili şəbəkə servisləri istifadəçilər üçün əlçatan olaraq qalır