Ağdaş rayon Mədəniyyət Evində ölümlə nəticələnən hadisə baş verib.
Gunxeber.Az-ın məlumatına görə, hadisə Mədəniyyət Evində aparılan təmir işləri zamanı baş verib. Orada usta işləyən 1966-cı il təvəllüdlü İmadəddin Əbdülrəhimov binanın damında işləyərkən ehtiyatsızlıqdan yıxılıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. İ.Əbdülrəhimov aldığı xəsarətlərdən orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.






