Bakıda yaşayan Salyan rayon sakini küçədə dünyasını dəyişib.
Gunxeber.Az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi N.Axundov küçəsində baş verib.
Salyan rayon sakini , 1963-cü il təvəllüdlü Mehman Qurbanovun meyiti həmin küçədə aşkar edilib. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
İlkin ehtimala görə, M.Qurbanov ürək çatışmazlığından vəfat edib.
Faktla bağlı araşdırma aparılır.






