KOLPA 24 may tarixində Bakıda pərəstişkarları ilə görüşəcək!

Gunxeber.az məlumat verir ki, Türkiyənin uğurlu rok musiqi qruplarından olan KOLPA, 24 may tarixində Bakıda səhnəyə çıxacaq!

Güclü səhnə performansı və sevilən mahnıları ilə tanınan qrup, Azərbaycanın ən gənc və dinamik səhnələrindən biri olan Hayal Kahvesi Bakıda musiqisevərlərə unudulmaz bir gecə yaşadacaq.

KOLPA-nın enerjisi ilə dolu bu xüsusi gecədə iştirak etmək üçün təqviminizi indidən qeyd edin. Rok musiqisinin güclü səsi ilə bir araya gəlmək istəyən hər kəs bu konserti qaçırmamalıdır!