“Hazırda Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir”.
Bunu Gunxeber.Az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, küləyin maksimal sürəti saniyədə 25 metrə çatır.
“Müşahidə olunan küləkli hava şəraiti bu gün ərzində davam edəcək. Sabah səhər saatlarında küləyin sürətinin zəifləyəcəyi proqnozlaşdırılır”, – deyə o qeyd edib.






