Cəmiyyətin prezidenti Novruz Aslanov bayram süfrəsi ətrafında toplaşan gəncləri bu gün münasibəti ilə təbrik edərək, onları cəmiyyətin humanitar fəaliyyətlərində göstərdikləri fəallığı, layihələrdə və müxtəlif aksiyalarda məsuliyyətli iştirakını yüksək qiymətləndirdi. O, könüllülüyün gənclərin şəxsi inkişafında, liderlik bacarıqlarının formalaşmasında və cəmiyyətə faydalı vətəndaş kimi yetişməsində mühüm rol oynadığını vurğuladı.

Tədbir də gənclərin təşəbbüsləri, həyata keçirdikləri layihələr və gələcək planları ətrafında fikir mübadiləsi aparıldı. Könüllülərin təklifləri dinlənildi, onların fəaliyyətinin bundan sonra da dəstəklənəcəyi bildirildi.

Tədbir musiqi sədaları altında davam etdi, gənclər xoş əhval-ruhiyyə ilə bu əlamətdar günü birlikdə qeyd etdilər. Sonda bayram tortu kəsildi və fəal könüllülərə simvolik hədiyyələr təqdim olundu.

Səmimi və isti ab-havada keçən görüş xatirə fotoları ilə yadda qaldı.