Rəmiş vəfat edib? - Öldü, qaldı kimə nə?" - Gülüdən SƏRT AÇIQLAMALAR

Oxunma sayı: 134
8-01-2021, 14:53

Rəmiş vəfat edib? - Öldü, qaldı kimə nə?" - Gülüdən SƏRT AÇIQLAMALAR


Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülü xanım musiqiçinin səhhətindən danışıb.

Axşam.az xəbər verir ki, o, video müraciət yayaraq Rəmişin xəstəliyi haqda yazılmasının onu narahat etdiyini bildirib:

"Rəmişin sənətindən danışın. Rəmiş öldü, qaldı kimə nə? Şəhidlərdən danışın".

Gitara ifaçısı isə "Hamıya can sağlığı diləyirəm. Məndən narahat olmayın. Səhhətimdən olmayan şeylər yazılmasın" sözlərini əlavə edib.

Qeyd edək ki, rejissor Mahir Hüseynbəyli Rəmişin xəstə olduğu, onun vəziyyətinin getdikcə ağırlaşdığı haqda sosial şəbəkədə məlumat yayıb.

Paylaş
Xəbər lentİ