Nazirlik: Araz və Kürün suyundan içməli su kimi istifadədə çətinliklər yaranır

Nazirlik: Araz və Kürün suyundan içməli su kimi istifadədə çətinliklər yaranır















Azərbaycanın mövcud yeraltı su ehtiyatlarının həcmi imkan verir ki, ölkəmiz üçün yerüstü suların çirklənməsi ilə bağlı çətinlik yarandığı zaman ondan istifadə edilsin.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov deyib.

Onun sözlərinə görə, Bakının içməli su ilə təminatı üçün Ceyranbatan Su Anbarının suyundan, Şollar, Oğuz-Qəbələ, Kür su kəmərlərindən gələn sudan istifadə olunur:

“Hazırda ölkəmizdə bir çox şəhərlərin su təchizatında yeraltı su ehtiyatlarından istifadə edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tərəfindən davamlı şəkildə yeraltı su mənbələrinin axtarışı istiqamətində tədbirlər həyata keçirilir və mənbələr müəyyənləşdirilir. Yerüstü su mənbələrinin olmadığı ərazilərdə, yeraltı su mənbəyinin müəyyənləşdirilməsi üçün geoloji kəşfiyyat işləri aparılır. Suyun keyfiyyətinin sanitar normalara cavab verdiyi ərazilərdə yeraltı su mənbələrindən içməli su kimi istifadəyə icazə verilir”.
Sektor müdiri bildirib ki, Azərbaycanın yeraltı su ehtiyatları 8 milyard kub metr həcmində qiymətləndirilir:

“Bu, az göstərici deyil. Yəni bu gün istehlak etdiyimiz qədər yeraltı su ehtiyatımız var. Bu su ehtiyatları gələcəkdə bizim üçün yerüstü su ehtiyatlarının çatışmazlığı ilə bağlı çətinlik yarandığı təqdirdə, ondan istifadə etməyə imkan yaradır.

Araz və Kür çaylarının suyu qonşu ölkələrin ərazisindən çirkələnərək ölkəmizə daxil olur. Ona görə də həmin sudan içməli su kimi istifadədə çətinliklər yaranır və suyun normalara uyğun təmizlənməsi üçün əlavə vəsait tələb olunur. Bununla bağlı həmin ərazilərdə yerləşən bir sıra yaşayış məntəqələrinin su təchizatı yeraltı sular hesabına təmin edilir”.




Fikirlər

  • ARAŞDIRMA

    İlham Əliyev tibb müəssisəsinin açılışında
    İlham Əliyev tibb müəssisəsinin açılışında
    Vilayət Eyvazovdan yeni TƏYİNAT
    Vilayət Eyvazovdan yeni TƏYİNAT
    İlham Əliyev Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı
    İlham Əliyev Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı
    Prezident Adil Qəribovu təltif etdi - SƏRƏNCAM
    Prezident Adil Qəribovu təltif etdi - SƏRƏNCAM
  • ƏN ÇOX OXUNAN

    İlham Əliyev tibb müəssisəsinin açılışında
    İlham Əliyev tibb müəssisəsinin açılışında
    Azərbaycanda vəzifəli şəxs koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib?
    Azərbaycanda vəzifəli şəxs koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib?
    Vilayət Eyvazovdan yeni TƏYİNAT
    Vilayət Eyvazovdan yeni TƏYİNAT
    "Cərimələr və sərt cəzalara başlayırıq!" — Nazirlər Kabineti
    Keçmiş polis rəisi koronavirusa yoluxdu — VİDEO
    Keçmiş polis rəisi koronavirusa yoluxdu — VİDEO
    “BakuBus” avtobuslarının hərəkəti dayandırılır? — RƏSMİ AÇIQLAMA
    “BakuBus” avtobuslarının hərəkəti dayandırılır? — RƏSMİ AÇIQLAMA
    İşlə bağlı küçəyə çıxmalı olan vətəndaşlar haqda açıqlama
    İşlə bağlı küçəyə çıxmalı olan vətəndaşlar haqda açıqlama
    İlham Əliyev Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı
    İlham Əliyev Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı
    Prezident Adil Qəribovu təltif etdi - SƏRƏNCAM
    Prezident Adil Qəribovu təltif etdi - SƏRƏNCAM
    DYP əhaliyə müraciət etdi
    DYP əhaliyə müraciət etdi
    Daxili İşlər Nazirliyi: Sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir — SON DƏQİQƏ
    Daxili İşlər Nazirliyi: Sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir — SON DƏQİQƏ
    BNA-dan xəbərdarlıq — “Müntəzəm marşrut xətlərinin fəaliyyəti dayandırıla bilər”
    BNA-dan xəbərdarlıq — “Müntəzəm marşrut xətlərinin fəaliyyəti dayandırıla bilər”
    Koronavirusa görə gəlirləri azalanlara ŞAD XƏBƏR — Hökumət hərəkətə keçir
    Koronavirusa görə gəlirləri azalanlara ŞAD XƏBƏR — Hökumət hərəkətə keçir
    Bu gündən Gədəbəyə də giriş dayandırıldı
    Bu gündən Gədəbəyə də giriş dayandırıldı
    Vilayət Eyvazovdan yeni TƏYİNAT
    Vilayət Eyvazovdan yeni TƏYİNAT
  • «    Mart 2020    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031