20 Yanvar əlillərinə və şəhid ailələrinə birdəfəlik maddi yardım verildi

20 Yanvar əlillərinə və şəhid ailələrinə birdəfəlik maddi yardım verildi















20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 Yanvar əlillərinə və 20 Yanvar şəhidlərinin ailələrinə birdəfəlik maddi yardımlar verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Minval.İnfo-ya bildirilib ki, hazırda Azərbaycan Prezidentinin təqaüdü olaraq, 20 Yanvar şəhidlərinin ailələri ayda 300 manat və 20 Yanvar əlilləri – I qrup əlillər 182 manat, II qrup əlillər 158 manat, III qrup əlillər 121 manat təqaüdlə təmin olunurlar. Prezidentin aylıq təqaüdü ilə bərabər, 20 Yanvar şəhidlərinin əmək pensiyası almaq hüququ olmayan ailə üzvlərinin hər birinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət, 20 Yanvar əlillərinə əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası, həmçinin onların uşaqlarına müavinət ödənilir.

Şəhid ailəsi üzvlərinə pensiya təyinatı zamanı əlavə üstünlük verilməklə, onların əmək pensiyasının baza hissəsinin üzərinə əlavə də hesablanır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə müharibə əlilləri ilə bərabər, 20 Yanvar əlilləri və şəhid ailələrinin də mənzillə, eləcə də 20 Yanvar əlillərinin minik avtomobilləri ilə təminatı həyata keçirilib. 20 Yanvar əlilləri və şəhid ailələrinin ölkəmizin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan övladlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir: “Bu təbəqədən olan insanlar üçün qanunvericlik aktlarında bir sıra güzəşt və imtiyazlar da əksini tapıb. Qeyd olunanlarla yanaşı, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası işlərində də 20 Yanvar əlilləri daim diqqətdə saxlanılır”.




Fikirlər

  • ARAŞDIRMA

    İlham Əliyev tibb müəssisəsinin açılışında
    İlham Əliyev tibb müəssisəsinin açılışında
    Vilayət Eyvazovdan yeni TƏYİNAT
    Vilayət Eyvazovdan yeni TƏYİNAT
    İlham Əliyev Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı
    İlham Əliyev Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı
    Prezident Adil Qəribovu təltif etdi - SƏRƏNCAM
    Prezident Adil Qəribovu təltif etdi - SƏRƏNCAM
  • ƏN ÇOX OXUNAN

    İlham Əliyev tibb müəssisəsinin açılışında
    İlham Əliyev tibb müəssisəsinin açılışında
    Azərbaycanda vəzifəli şəxs koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib?
    Azərbaycanda vəzifəli şəxs koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib?
    Vilayət Eyvazovdan yeni TƏYİNAT
    Vilayət Eyvazovdan yeni TƏYİNAT
    "Cərimələr və sərt cəzalara başlayırıq!" — Nazirlər Kabineti
    Keçmiş polis rəisi koronavirusa yoluxdu — VİDEO
    Keçmiş polis rəisi koronavirusa yoluxdu — VİDEO
    “BakuBus” avtobuslarının hərəkəti dayandırılır? — RƏSMİ AÇIQLAMA
    “BakuBus” avtobuslarının hərəkəti dayandırılır? — RƏSMİ AÇIQLAMA
    İşlə bağlı küçəyə çıxmalı olan vətəndaşlar haqda açıqlama
    İşlə bağlı küçəyə çıxmalı olan vətəndaşlar haqda açıqlama
    İlham Əliyev Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı
    İlham Əliyev Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı
    Prezident Adil Qəribovu təltif etdi - SƏRƏNCAM
    Prezident Adil Qəribovu təltif etdi - SƏRƏNCAM
    DYP əhaliyə müraciət etdi
    DYP əhaliyə müraciət etdi
    Daxili İşlər Nazirliyi: Sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir — SON DƏQİQƏ
    Daxili İşlər Nazirliyi: Sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir — SON DƏQİQƏ
    BNA-dan xəbərdarlıq — “Müntəzəm marşrut xətlərinin fəaliyyəti dayandırıla bilər”
    BNA-dan xəbərdarlıq — “Müntəzəm marşrut xətlərinin fəaliyyəti dayandırıla bilər”
    Koronavirusa görə gəlirləri azalanlara ŞAD XƏBƏR — Hökumət hərəkətə keçir
    Koronavirusa görə gəlirləri azalanlara ŞAD XƏBƏR — Hökumət hərəkətə keçir
    Bu gündən Gədəbəyə də giriş dayandırıldı
    Bu gündən Gədəbəyə də giriş dayandırıldı
    Vilayət Eyvazovdan yeni TƏYİNAT
    Vilayət Eyvazovdan yeni TƏYİNAT
  • «    Mart 2020    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031