“Bakı Metropoliteni”ndən koronavirusla bağlı əhaliyə — MÜRACİƏT

“Bakı Metropoliteni”ndən koronavirusla bağlı əhaliyə — MÜRACİƏT


Bakı metrosundan istifadə edənlərin sayı əvvəlki günlərə nisbətən azalıb.
Bunu Trend-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, Metropolitenin də "Evdə qal" şüarı var:

"Artıq bir neçə gündür ki, yeni qaydalara görə, regionlardan Bakıya rayon qeydiyyatlı şəxslərin girişi müvəqqəti dayandırılıb və bu da metrodan istifadə edənlərin sayına təsir göstərib. Əlavə olaraq, Azərbaycana gələn turistlərin sayında da azalma müşahidə olunur. Bizim #evdəqal şüarımız var və biz bu şüarla insanları evdə qalmağa dəvət edirik".

B.Məmmədov əlavə edib ki, insanlar arasında məsafəni nə qədər çox saxlasaq, bir o qədər koronavirusa yoluxma riskini azaltmış olarıq:

"Ona görə də tövsiyə olunur ki, metrodan istifadə mümkün qədər az olsun".

Xatırladaq ki, martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib.

Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.

Rejim qaydalarına uyğun olaraq sərnişinlərə metrodan istifadənin minimuma endirilməsi, yerüstü nəqliyyatdan istifadəyə üstünlük vermək tövsiyə edilib.




Fikirlər

  • ARAŞDIRMA

    Mehriban Əliyevadan xalqa çağırış — “Yaranmış fövqəladə vəziyyət ümummilli səfərbərlik tələb edir”
    Mehriban Əliyevadan xalqa çağırış — “Yaranmış fövqəladə vəziyyət ümummilli səfərbərlik tələb edir”
    İlham Əliyev bu ASC-yə vəsait ayırdı — SƏRƏNCAM
    İlham Əliyev bu ASC-yə vəsait ayırdı — SƏRƏNCAM
    Prezident:
    Prezident: "Kimsə hansısa tanışlara, qohumlara, vəzifədə olan dostlara arxalanırsa səhv yoldadır"
    İlham Əliyev Mikayıl Cabbarovu qəbul etdi — YENİLƏNİB + FOTO/VİDEO
    İlham Əliyev Mikayıl Cabbarovu qəbul etdi — YENİLƏNİB + FOTO/VİDEO
  • ƏN ÇOX OXUNAN

    ŞAD XƏBƏR: Əhaliyə elektrik enerjisi ilə bağlı gözlənilən QƏRAR VERİLDİ
    ŞAD XƏBƏR: Əhaliyə elektrik enerjisi ilə bağlı gözlənilən QƏRAR VERİLDİ
    SON DƏQİQƏ! Əhaliyə ediləcək köməklə bağlı Nazirlik siyahını AÇIQLADI
    SON DƏQİQƏ! Əhaliyə ediləcək köməklə bağlı Nazirlik siyahını AÇIQLADI
    Mehriban Əliyevadan xalqa çağırış — “Yaranmış fövqəladə vəziyyət ümummilli səfərbərlik tələb edir”
    Mehriban Əliyevadan xalqa çağırış — “Yaranmış fövqəladə vəziyyət ümummilli səfərbərlik tələb edir”
    İlham Əliyev bu ASC-yə vəsait ayırdı — SƏRƏNCAM
    İlham Əliyev bu ASC-yə vəsait ayırdı — SƏRƏNCAM
    Məktəblər sentyabrın 15-nə qədər təxirə salınır? — RƏSMİ AÇIQLAMA
    Məktəblər sentyabrın 15-nə qədər təxirə salınır? — RƏSMİ AÇIQLAMA
    Sahibə Qafarovaya yeni köməkçi təyin edildi
    Sahibə Qafarovaya yeni köməkçi təyin edildi
    “Kurtlar vadisi”nin məşhur aktyoru koronavirusdan öldü
    “Kurtlar vadisi”nin məşhur aktyoru koronavirusdan öldü
    "WhatsApp"da gələn "6 GB pulsuz internet" mesajı ilə bağlı — RƏSMİ AÇIQLAMA
    Bu gün hava necə olacaq? — PROQNOZ
    Bu gün hava necə olacaq? — PROQNOZ
    SON DƏQİQƏ! Bakı metrosu bu tarixədək bağlandı
    SON DƏQİQƏ! Bakı metrosu bu tarixədək bağlandı
    Prezident:
    Prezident: "Kimsə hansısa tanışlara, qohumlara, vəzifədə olan dostlara arxalanırsa səhv yoldadır"
    SON DƏQİQƏ! Dövlət koronovirusa görə tələbələrə də pul verəcək — RƏSMİ
    SON DƏQİQƏ! Dövlət koronovirusa görə tələbələrə də pul verəcək — RƏSMİ
    İlham Əliyev Mikayıl Cabbarovu qəbul etdi — YENİLƏNİB + FOTO/VİDEO
    İlham Əliyev Mikayıl Cabbarovu qəbul etdi — YENİLƏNİB + FOTO/VİDEO
    Daha bir rayonda koronavirus TAPILDI — SON DƏQİDƏ
    Daha bir rayonda koronavirus TAPILDI — SON DƏQİDƏ
    Karantin rejimi nədir və hansı hallarda tətbiq olunur? — Azərbaycan nümunəsi və beynəlxalq təcrübə
    Karantin rejimi nədir və hansı hallarda tətbiq olunur? — Azərbaycan nümunəsi və beynəlxalq təcrübə
  • «    Aprel 2020    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930