Azərbaycanlı səfir Meksika mətbuatında: “Ermənistan qonşularına qarşı ərazi iddialarından əl çəkməlidir”

Oxunma sayı: 121
27-01-2021, 10:32

Azərbaycanlı səfir Meksika mətbuatında: “Ermənistan qonşularına qarşı ərazi iddialarından əl çəkməlidir”


Meksikanın ən nüfuzlu mətbu orqanlarından olan “El Universal” gündəlik qəzetində bu ölkədəki səfirimiz Məmməd Talıbovun “Azərbaycan və sülh” başlıqlı məqaləsi dərc edilib.

Bu barədə Azərbaycanın Meksikadakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, adıçəkilən qəzetdə fransız əsilli meksikalı jurnalistin Azərbaycan və Türkiyə haqda qərəzli yazısına cavab olaraq hazırlanmış məqalədə M.Talıbov Qarabağın tarixən Azərbaycanın tərkibində olması, XIX əsrdə ermənilərin bu ərazilərə köçürülməsi, Zəngəzur bölgəsinin sovet rəhbərliyi tərəfindən Ermənistana bağışlanması, erməni təcavüzünün tarixi, münaqişə ərzində erməni tərəfinin törətdiyi insanlıq əleyhinə cinayətlər və münaqişənin beynəlxalq hüquqi aspektləri barədə məlumat verib.

Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrə son 30 il ərzində Ermənistan tərəfindən məhəl qoyulmadığını deyən səfir, bu sənədlərin növbəti erməni təxribatı nəticəsindən başlanmış 44 günlük müharibə zamanı hərbi-siyasi yolla öz icrasını tapdığını, azad olunmuş şəhərlərimizin işğalçılar tərəfindən dağıdıldığını və burada ölkəmizə aid tarixi-mədəni irsin məhv edildiyini bildirib.

Sonda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin 11 yanvar bəyanatının regionda kommunikasiyalar və nəqliyyat infrastrukturunun bərpasını nəzərdə tutduğu, iki ölkə arasında davamlı sülhün yaradılmasının regionun bütün xalqlarına fayda gətirəcəyi, bunun üçün Ermənistanın qonşularına qarşı təcavüzkar siyasəti və ərazi iddialarından əl çəkməli olduğu, bu ölkənin dostlarının da onu daha da qızışdırmaq əvəzinə, onu barışığa səsləməli olduğu qeyd olunub.

//www.eluniversal.com.mx/opinion/mammad-talibov/azerbaiyan-y-la-paz

Paylaş
Xəbər lentİ