ETAXİ: Xəstələr xəstəxanaya çox ağır vəziyyətdə daxil olurlar

ETAXİ: Xəstələr xəstəxanaya çox ağır vəziyyətdə daxil olurlar


Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun şöbə müdiri: “Koronovirusla bağlı heç bir hala təsadüf edilməyib”

Məlum olduğu kimi, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETAXİ) son bir ay ərzində ölən xəstələrin sayı 23-ə çatıb. Hüquqşunas, ictimai vəkil Samir Zeynalov bu arzuolunmaz faktın səbəbini xəstəxanada həkim-reanimatoloqun olmaması, ağır xəstələrin bu baxımdan zəruri tibbi yardım almaqdan məhrum olması ilə əlaqələndirir. Onun sözlərinə görə, qeyd olunan məlum çatışmazlıq faktı İnstitutun baş həkimi İmanverdi Rzayev tərəfindən təsdiq olunsa da, İnstitutun direktoru Həqiqət Qədirova dünyasını dəyişən xəstələr barəsində reanimasion tədbirlərin həyata keçirildiyi qeyd edir.

“Sözügedən tibb müəssisəsinə rəhbərlik etdiyi dönəmdən etibarən bir sıra həkimə qarşı yol verdiyi qərəzli və qanunsuz münasibətindən dolayı təkcə 3 nəfər təcrübəli və savadlı həkim-reanimatoloqu işdən çıxardaraq, nəticədə İnstitutu bu ixtisas üzrə həkimsiz qoyan Həqiqət Qədirova, bu mövqe ilə ictimaiyyəti və TƏBİBİ-i aldatmaqdan, o cümlədən xəstələrin həyatını təhlükə altında qoymaqdan çəkinmir. Qeyd olunan mühakimənin təsdiqidir ki, TƏBİB (Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi) İnstitutda müvafiq monitorinqin aparıldığını, qeydə alınan bütün faktların araşdırıldığını və lazımi tədbirlərin görüldüyünü, lakin monitorinq zamanı həkim çatışmazlığı probleminin aşkar edilmədiyini diqqətə çatdırır. Belə çıxır ki, İnstitutda həkim-reanimatoloq yoxluğu ilə bağlı 6 yer üçün vakansiyanın elan edilməsi, buna baxmayaraq məlum ixtisasa sahib həkimlərin vərəmli xəstələrlə işləməkdən çəkinmələri iddiası tamamilə həqiqətdən uzaqdır”, – hüquqşünas bildirir.

“Mötəbər mənbədən aldığım məlumata görə, hazırda İnstitutda ölüm faktlarının say etibarı ilə çoxalmasının qarşısını almaq məqsədilə ölmək təhlükəsində olan xəstələr məcburi sürətdə evə yazılır və onların ölümü İnstitutda deyil, məhz evdə gerçəkləşir. Həqiqət Qədirova bu minvalla institutun fəaliyyətini tamamən acınacaqlı edib. Bu vəziyyətdən təkcə pasiyentlər deyil, ənənəvi olaraq bəzi həkimlər də əziyyət çəkirlər”, – deyə o, əlavə edir.

S.Zeynalov iddia edir ki, Həqiqət Qədirova tərəfindən İnstitutun Kliniki Diaqnostika Laboratoriyasına şöbə müdiri təyin edilən Nuriyyə Səlimova rəhbərlik etdiyi şöbənin işçilərini 2 incidir, təhqir edir: “Bu haqsızlığa, qanunsuzluğa və anarxik atmosferə isə direktor Həqiqət Qədirova gözlənildiyi kimi susur. Çünki baş verən arzuolunmaz halların bilavasitə təşəbbüs mənbəyində, məhz Həqiqət Qədirova dayanır. Əlavə olaraq onu qeyd edim ki, institutun direktoru Həqiqət Qədirova ixtisasca həkim-mikrobioloqdur. Ümumi olaraq onun ağciyər xəstəlikləri ilə bağlı heç bir elmi işi, monoqrafiyası, iştirak etdiyi kurs və seminar, zəruri anlayışı, eləcə də təklifi mövcud deyil. Əmək fəaliyyətinin son yaş həddini çoxdan keçən, daha dəqiq desək, 70 yaşına qədəm qoyan Həqiqət Qədirova, adıçəkilən tibb müəssisəsində direktor olmaqla bərabər, həm də ATU-nun Mikrobiologiya Kafedrasına rəhbərlik edir. Bu da xanım Qədirovanın İnstitutla bağlı öz əmək funksiyalarını düzgün icra edə bilməməsi, daha dəqiq desəm, əksər iş günlərində xanım Qədirovanın işdə ola bilməməsi ilə nəticələnir ki, bununla da İnstitutun fəaliyyətində müşahidə olunan problemlər günü-gündən artır”.

AYNA əməkdaşı ittihamlara aydınlıq gətirmək üçün Elmi-Tədqiqat Ağ ciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova ilə əlaqə saxladı. Lakin o, bizə TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva ilə danışmağı tövsiyə etdi.

Rəvanə Əliyeva isə sorğumuza cavab olaraq, sözügedən İnstitutda baş verən ölüm faktları ilə bağlı dəfələrlə açıqlama verdiklərini dedi. Amma yuxarıdakı ittihamlara münasibət bildirmədi.

S.Zeynalovun ittihamlarında adı keçən İnstitutun Kliniki Diaqnostika Laboratoriyasına şöbə müdiri Nuriyyə Səlimovaya müraciət etdik. O, baş verənlərə belə izah verdi:

“Xəstəxanaya xəstələr çox ağır vəziyyətdə daxil olurlar. Onlar ağırlıq dərəcəsinə görə dünyalarını dəyişirlər. Heç bir xəstə diqqətdən kənarda qalmır. Bütün xəstələr həkimlərin nəzarətində olur. Müraciət olunan xəstə barəsində bütün həkimlərlə bərabər ağır xəstələr terapevtik müayinəyə çıxarılır. Onların diqnozu və eləcə də müalicə təyinatı da hamısı müzakirə olunur, protokollaşdırılır, rəy verilir. Yəni hər bir proses qanun çərçivəsində, protokollara uyğun olaraq olaraq aparılır, xəstələrin həm diaqnostikası, həm də müalicələri həyata keçirilir.

Üç, dörd növbə həkimlərimiz var. Hamısı növbə ilə öz işlərini icra edirlər. Xəstənin vəfat etməsi faktı tək Ağciyər İnstitutunda olmur, hər bir xəstəxanada belə hadisələr baş verir. Nəinki Azərbaycanda, eləcə də bir çox ölkələrdə xəstə ölümləri olur. Bir neçə gün əvvəl Türkiyənin hansısa bir xəstəxanasında altı nəfər xəstə dünyasını dəyişib. Dünyasını dəyişən xəstə yalnız ağciyər xəstəliyinə görə deyil, orqanizmdə onunla yanaşı olan bir sıra xəstəliklər də olur. Yəni ağırlıq dərəcəsinə görə xəstə dünyasını dəyişir”.

Qeyd edək ki, cəmiyyətdə müəyyən şübhələr yaranıb ki, ETAXİ–dəki ard-arda ölüm halları, son zamanların təhlükəsinə çevrilmiş, bir sıra ölkələrdə geniş yayılmış, hətta qonşumuz İranadək gəlib çıxmış koronavirusla bağlı ola bilər. Bu məqama N.Səlimova belə münasibət bildirdi: “Koronovirusla bağlı heç bir hala təsadüf edilməyib”.




Fikirlər

  • ARAŞDIRMA

    Azərbaycandan İrəvanı vurmaq ANONSU? — Naxçıvandan İravəna cəmi 42 kilometrdir...İyun ayı üçün
    Azərbaycandan İrəvanı vurmaq ANONSU? — Naxçıvandan İravəna cəmi 42 kilometrdir...İyun ayı üçün
    İlham Əliyev Asiya İnkişaf Bankının rəhbərləri ilə videokonfrans keçirdi — FOTO
    İlham Əliyev Asiya İnkişaf Bankının rəhbərləri ilə videokonfrans keçirdi — FOTO
    Görəsən bəzi sayt rəhbərləri Tahir Məmmədovdan nə istəyirlər - ÖZƏL
    Görəsən bəzi sayt rəhbərləri Tahir Məmmədovdan nə istəyirlər - ÖZƏL
    Azərbaycanın 2-ci böyük meyvə-tərəvəz satışı mərkəzi olan Göyçayın
    Azərbaycanın 2-ci böyük meyvə-tərəvəz satışı mərkəzi olan Göyçayın "Təzə Bazar"ından REPORTAJ
  • ƏN ÇOX OXUNAN

    Azərbaycanda koronavirusla bağlı məlumatları “WhatsApp”dan öyrənmək mümkün olacaq
    Azərbaycanda koronavirusla bağlı məlumatları “WhatsApp”dan öyrənmək mümkün olacaq
    Bu rayonun prokuroru vəzifəsindən azad edildi — TƏYİNATLAR VAR
    Bu rayonun prokuroru vəzifəsindən azad edildi — TƏYİNATLAR VAR
    Bakıdan rayonlara gediş-gəlişlə bağlı VACİB XƏBƏR — Hələ 5-6 ay…
    Bakıdan rayonlara gediş-gəlişlə bağlı VACİB XƏBƏR — Hələ 5-6 ay…
    Bibiheybət yolu bu tarixdə açılacaq – RƏSMİ AÇIQLAMA
    Bibiheybət yolu bu tarixdə açılacaq – RƏSMİ AÇIQLAMA
    Birlikdə yaşamadığı şəxslə cinsi əlaqədə olanlar cərimələnəcəklər — Koronavirusa görə - FOTO
    Birlikdə yaşamadığı şəxslə cinsi əlaqədə olanlar cərimələnəcəklər — Koronavirusa görə - FOTO
    Bakıda etiraz aksiyası keçirilir — SON DƏQİQƏ
    Bakıda etiraz aksiyası keçirilir — SON DƏQİQƏ
    Azərbaycandan İrəvanı vurmaq ANONSU? — Naxçıvandan İravəna cəmi 42 kilometrdir...İyun ayı üçün
    Azərbaycandan İrəvanı vurmaq ANONSU? — Naxçıvandan İravəna cəmi 42 kilometrdir...İyun ayı üçün
    Qəzalı vəziyyətdə olan binaların sakinlərinə — ŞAD XƏBƏR
    Qəzalı vəziyyətdə olan binaların sakinlərinə — ŞAD XƏBƏR
    İlham Əliyev Asiya İnkişaf Bankının rəhbərləri ilə videokonfrans keçirdi — FOTO
    İlham Əliyev Asiya İnkişaf Bankının rəhbərləri ilə videokonfrans keçirdi — FOTO
    Azərbaycanda YENİLİK — Bu şəxslərə COVID-19-a görə 525 dollar veriləcək
    Azərbaycanda YENİLİK — Bu şəxslərə COVID-19-a görə 525 dollar veriləcək
    Etibarnamə ilə avtomobil idarə etmək ləğv edilir? — Aktuallığını itirib
    Etibarnamə ilə avtomobil idarə etmək ləğv edilir? — Aktuallığını itirib
    Gürcüstan ruhaniləri millətçiliyi alovlandırır, Bakı ilə Tbilisi arasında gərginliyi artırır — ŞƏRH
    Gürcüstan ruhaniləri millətçiliyi alovlandırır, Bakı ilə Tbilisi arasında gərginliyi artırır — ŞƏRH
    Sahibə Qafarovadan deputatlara İRAD — Otuz ildir niyə bu məsələni qaldırmırdınız?
    Sahibə Qafarovadan deputatlara İRAD — Otuz ildir niyə bu məsələni qaldırmırdınız?
    “Ekologiya postu” sökülür — FOTO
    “Ekologiya postu” sökülür — FOTO
    Azərbaycanlı gənc müəllimədən 1 iyunla bağlı — MARAQLI VİDEO
    Azərbaycanlı gənc müəllimədən 1 iyunla bağlı — MARAQLI VİDEO
  • «    İyun 2020    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930