İbrahim Cəfərovun Şəhidlik zirvəsinə ucalmağının birinci il dönümü...FOTOLAR+VİDEO

Oxunma sayı: 218
7-11-2021, 17:01

İbrahim Cəfərovun Şəhidlik zirvəsinə ucalmağının birinci il dönümü...FOTOLAR+VİDEO




İbrahim Şamil oğlu Cəfərov 1998-ci il yanvarın 13-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. 2004–2015-ci illərdə İ. Həsənov adına Qaçaq Kərəm kənd tam orta məktəbində, 2015–2019-cu illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elektroenergetika mühəndisliyi fakültəsində təhsil alıb. Subay idi.

İbrahim Cəfərov 2019–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İbrahim Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İbrahim Cəfərov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı ağır yaralanıb.
18 gün koma vəziyyətində qalıb. İbrahim Cəfərov noyabrın 7-də şəhid olub. Ağstafa rayonunun Yenigün kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Cəfərov ölümündən sonra " Vətən uğrunda " medalı ilə təltif edilib.


İbrahim Cəfərovun Şəhidlik zirvəsinə ucalmağının birinci il dönümü...FOTOLAR+VİDEO
İbrahim Cəfərovun Şəhidlik zirvəsinə ucalmağının birinci il dönümü...FOTOLAR+VİDEO
İbrahim Cəfərovun Şəhidlik zirvəsinə ucalmağının birinci il dönümü...FOTOLAR+VİDEO
İbrahim Cəfərovun Şəhidlik zirvəsinə ucalmağının birinci il dönümü...FOTOLAR+VİDEO

Paylaş
Xəbər lentİ