Əfsanəvi komandirin zabit qızları illər sonra atalarının Ağdamdakı məzarını ziyarət etdilər - VİDEO
Oxunma sayı: 131
27-11-2020, 14:39
27 ildən sonra Ağdamın düşmən işğalından azad edilməsi nəticəsində Azərbaycanın Milli qəhrəmanı Allahverdi Bağırovun qızları onun məzarını ziyarət ediblər.
Oxu.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Qızları onun məzarı üzərinə Azərbaycanın dövlət bayrağını sərib, şəklini asıb, güllər düzüb və dua ediblər.
Milli Qəhrəmanın hər iki qızı Dövlət Sərhəd Xidmətində çalışırlar.
DSX-nin Tibb xidməti kapitanı Aynur Bağırova bildirib ki, atası Allahverdi Bağırovun 27 il öncə şəhadətə qovuşduğu Ağdam torpağına yenidən qayıdışına görə çox xoşbəxtdir:
“Atamın həmişə mənə arzuladığı peşəyə yiyələnərək, bu gün fəxrlə DSX-nin zabiti olaraq məzarını ziyarət etməyimlə qürur duyuram. Əminəm ki, bu gün 27 ildən sonra işğaldan azad edilmiş Ağdama gəlişimizlə atamın və digər şəhidlərimizin nigaran ruhları rahatlıq tapacaq”.
Şəhidin digər qızı, polkovnik-leytenant Zümrüd Bağırova qeyd edib ki, bu gün 1993-cü ildə tərk etdiyi Vətən torpağında, sonuncu dəfə altı yaşında ziyarət etdiyi atasının məzarı önündədir:
“Qürurverici hissdir ki, mən atamın yolunu davam etdirərək, sərhədçi zabit kimi öz torpaqlarımıza qədəm basmışam. Torpağımız uğrunda şəhid olmuş bütün qəhrəmanlarımızın və atamın ruhu qarşısında baş əyirəm”.
Milli Qəhrəmanın qızları doğma torpaqlarımızı bizə qaytardığı üçün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə təşəkkür ediblər.
Görüntüləri təqdim edirik:
Paylaş
Xəbər lentİ
- 13:23"BakuBus"a direktoru işdən çıxarıldı - Yeni təyinat
Cəmiyyət
- 13:20Bakıda qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq
Hadisə
- 13:15Daha bir əsgərimizin şəhid xəbəri gəldi - FOTO
Hadisə
- 13:10Məktəblərlə bağlı qərar nə vaxt veriləcək? - AÇIQLAMA
Cəmiyyət
- 12:51Rayonlara gediş- gəliş nə zaman bərpa edilir? - RƏSMİ AÇIQLAMA
Cəmiyyət
- 12:46Azərbaycanda "SMS" icazə ləğv olunur
Cəmiyyət
- 12:41Restoranların fəaliyyəti bərpa edilir - RƏSMİ
Cəmiyyət
- 12:36Bərbərxana və gözəllik salonları açılır - RƏSMİ
Cəmiyyət
- 12:31Bakı metrosu açılır? - QƏRAR
Cəmiyyət
- 16:00Sabahın hava proqnozu
Hadisə
- 15:27İlham Əliyev beynəlxalq təşkilatlara: "Hesabatı burada hazırlayın, öz kabinetlərinizdə yox"
Siyasət
- 15:24Füzuli aeroportundan İsa bulağına getmək mümkün olacaq
Cəmiyyət
- 15:20Prezident Dağlıq Qarabağdakı ünsürlərə xəbərdarlıq etdi: “Gəlin alın, görüm necə alırsınız?”
Gündəm, Siyasət
- 15:16Prezident: “Böyük qayıdış başlayır, bütün işlərə start verildi”
Siyasət
- 14:55İlham Əliyev: “Bu yoldan keçən vətəndaşlarımız görəcəklər ki, Ordumuz əsl qəhrəmanlıq göstərib” - VİDEO
Gündəm, Siyasət
- 14:41İlham Əliyev Xocalının Sığnaq kəndində - VİDEO
Bölgə
- 14:28İlham Əliyev və Mehriban Əliyeva Xocavəndin Böyük Tağlar kəndində - VİDEO
Bölgə
- 14:19Prezident: “Xocavənd rayonuna gedirik” - VİDEO
Gündəm, Siyasət
- 14:03Qubadlının Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başladı
Bölgə
- 13:24Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını qaldırıb
Gündəm, Siyasət
- 13:20İlham Əliyev Vaqif türbəsini ziyarət edib
Siyasət
- 13:15Prezident: “Cəmi iki ay ərzində Şuşaya yol açmışıq” - VİDEO
Gündəm, Siyasət
- 13:11Müdafiə Nazirliyi: Hərbi geyimi qanunsuz daşıyanlara qarşı tədbirlər görülür
Cəmiyyət
- 13:08Ulu öndərin izi ilə: İlham Əliyev 39 il sonra eyni gündə Şuşada
Gündəm, Siyasət
Yükləmə gedir gözləyin...