“WhatsApp” messencerində 10 ildən çox gözlənilən funksiya sınaqdan keçirilir
Oxunma sayı: 60
13-02-2021, 13:37
Populyar "WhatsApp" messencerində köhnə problem – eyni vaxtda bir neçə qurğuda işləməyin qeyri-mümkünlüyü həll ediləcək. Bu barədə "WABetaInfo" portalı yazıb.
Şirkət "WhatsApp" messencerinin eyni vaxtda yalnız bir neçə qurğuda işləməsini deyil, həm də smartfona qoşulmadan işləyən veb-kliyenti sınaqdan keçirir. Hazırda sözügedən messencer konkret qurğu və telefon nömrəsinə bağlı işləyir.
Hələ ki yeni funksiya beta-test mərhələsindədir. sfera.az
Paylaş
Yükləmə gedir gözləyin...