Azərbaycanda koronavirusun tüğyan etdiyi zonada ƏMƏLİYYAT — 21 nəfər saxlanıldı

Azərbaycanda koronavirusun tüğyan etdiyi zonada ƏMƏLİYYAT — 21 nəfər saxlanıldı


Yevlaxda “Qaraçılar məhəlləsi” adlanan ərazidə karantin rejiminin tətbiqini pozmağa cəhd edən sakinlərlə polis arasında baş verən insidentlə bağlı cinayət işi başlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, məhəllə sakinləri tərəfindən onları asayişi pozmamağa dəvət edən polis əməkdaşlarına daş atılıb. Nəticədə bir nəfər polis əməkdaşı baş nahiyəsindən xəsarət alıb: “Həmin faktla əlaqədar Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə keçirilən əməliyyat tədbirləri nəticəsində asayişi pozaraq aksiyaya cəhd göstərən 20 nəfər saxlanılıb. Hazırda həmin şəxslərin məsuliyyət məsələləri araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək. Başlanan cinayət işi üzrə isə artıq bir nəfər tutularaq məsuliyyətə cəlb olunub”.

Qeyd edək ki, Yevlaxda koronavirusa 80 yoluxma halı qeydə alınıb, onlardan 53-ü həmin “Qaraçılar məhəlləsi” adlanan küçənin sakinidir. Ona görə də həmin məhəllə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanılır. Orada giriş-çıxışa məhdudiyyətlər qoyulub. Buna səbəb yoluxma halının qarşısını almaqdan ibarətdir.




Fikirlər

  • ARAŞDIRMA

    “Ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar” — İlham Əliyev
    “Ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar” — İlham Əliyev
    Prezident icra başçısına irad BİLDİRDİ —
    Prezident icra başçısına irad BİLDİRDİ — "Bunu pozun"
    İlham Əliyev Ağcabədidə — FOTO / YENİLƏNİB
    İlham Əliyev Ağcabədidə — FOTO / YENİLƏNİB
    İlham Əliyev açılışa maska ilə qatıldı — FOTO
    İlham Əliyev açılışa maska ilə qatıldı — FOTO
  • ƏN ÇOX OXUNAN

    Azərbaycanda daha bir qurumun əməkdaşları koronavirusa yoluxdu
    Azərbaycanda daha bir qurumun əməkdaşları koronavirusa yoluxdu
    Azərbaycanda vəzifəli şəxs koronavirusa yoluxdu — SON DƏQİQƏ
    Azərbaycanda vəzifəli şəxs koronavirusa yoluxdu — SON DƏQİQƏ
    Həftə sonları yalnız bu şəxslərin işləməsinə İCAZƏ VERİLƏCƏK — RƏSMİ AÇIQLAMA - FOTO
    Həftə sonları yalnız bu şəxslərin işləməsinə İCAZƏ VERİLƏCƏK — RƏSMİ AÇIQLAMA - FOTO
    Azərbaycanda beş yeni lisey yaradıldı — RƏSMİ
    Azərbaycanda beş yeni lisey yaradıldı — RƏSMİ
    Göyçayda iki uşaq atası özünü körpüdən ataraq intihar etdi
    Göyçayda iki uşaq atası özünü körpüdən ataraq intihar etdi
    Devalvasiya olacaqmı? — AÇIQLAMA
    Devalvasiya olacaqmı? — AÇIQLAMA
    İki ay ərzində küçəyə çıxma qadağası təklif edilib — RƏSMİ
    İki ay ərzində küçəyə çıxma qadağası təklif edilib — RƏSMİ
    Sumqayıtda bu xəstəxana bundan sonra artıq koronavirus xəstələrinə xidmət göstərəcək
    Sumqayıtda bu xəstəxana bundan sonra artıq koronavirus xəstələrinə xidmət göstərəcək
    Bakıda avtobus partladı — VİDEO
    Bakıda avtobus partladı — VİDEO
    İstirahət olmayacaq, rayonlara gediş isə... — VİDEO
    İstirahət olmayacaq, rayonlara gediş isə... — VİDEO
    Kamran Əliyevin işdən çıxardığı kürəkəninə DTX-də vəzifə verildi
    Kamran Əliyevin işdən çıxardığı kürəkəninə DTX-də vəzifə verildi
    Rayonlara gediş-gəlişin bərpası ilə bağlı — MÜHÜM AÇIQLAMA
    Rayonlara gediş-gəlişin bərpası ilə bağlı — MÜHÜM AÇIQLAMA
    Bu şəxslərin İŞ SAATLARI QISALDILIR — Operativ Qərargah AÇIQLADI
    Bu şəxslərin İŞ SAATLARI QISALDILIR — Operativ Qərargah AÇIQLADI
    Mediaya da məhdudiyyət qoyulacaq — RƏSMİ
    Mediaya da məhdudiyyət qoyulacaq — RƏSMİ
    “Ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar” — İlham Əliyev
    “Ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar” — İlham Əliyev
  • «    İyun 2020    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930