Sadıq Sadıqov yenidən Premyer Liqaya qayıdır

Oxunma sayı: 146
25-11-2021, 12:00

Sadıq Sadıqov yenidən Premyer Liqaya qayıdır


"Neftçi"nin sabiq prezidenti, bu yaxınlarda Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti postundan ayrılan Sadıq Sadıqov yenidən klub başqanı olacaq.

Fanat.az verdiyi məlumata görə, əməkdar idman xadimi növbəti mövsümdən "Səbail"ə rəhbərlik edəcək.

"Dənizçilər"in büdcəsinin artırılması və klubun Sadıqova həvalə edilməsi planlaşdırılıb. Artıq sözügedən futbol funksionerinin klubun əsas komandasını tapşırmaq istədiyi mütəxəssisin kimliyi də bəllidir. Bu, "Keşlə"dən ayrılandan sonra işsiz qalan Tərlan Əhmədovdur.

Paylaş
Xəbər lentİ