Əsas Səhifə > hadise > Bakıda 20 yaşlı oğlanı 5-ci mərtəbədən atdılar

Bakıda 20 yaşlı oğlanı 5-ci mərtəbədən atdılar


9-10-2019, 14:44
Bakıda 20 yaşlı oğlanı 5-ci mərtəbədən atdılar

Nəsimi rayonunda bədbəxt hadisə baş verib.

APA xəbər verir ki, hadisə 5-ci mikrorayon ərazisində qeydə alınıb.

Naməlum şəxs və ya şəxslər 1999-cu il təvəllüdlü Əzizov Emin Vasif oğlunu 20 Yanvar küçəsində yerləşən binaların birinin 5-ci mərtəbəsindən atıblar.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.
Geri qayıt