Hava pisləşəcək, güclü külək əsəcək, yağış, dolu yağacaq - XƏBƏRDARLIQ

Hava pisləşəcək, güclü külək əsəcək, yağış, dolu yağacaq - XƏBƏRDARLIQ
















Mayın 11-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 13-15° isti, gündüz 18-23° isti, Bakıda gecə 13-15° isti, gündüz 19-21° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-80%, gündüz 60-70% təşkil edəcək.

Bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra mayın 11-dən 12-si gündüzədək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9° aşağı enəcəyi gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 11-12-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda havanın temperaturunun ötən günlərlə xeyli aşağı enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Mayın 11-i gündüzdən 13-ü səhərədək ölkə ərzisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9° aşağı enəcək. Çaylarda sululuğun artacağı gözlənilir.




Fikirlər

  • ARAŞDIRMA

    Prezident Dövlət Agentliyinə 3,1 milyon manat ayırdı
    Prezident Dövlət Agentliyinə 3,1 milyon manat ayırdı
    İlham Əliyev onlara fəxri adlar verdi — SİYAHI
    İlham Əliyev onlara fəxri adlar verdi — SİYAHI
    “Ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar” — İlham Əliyev
    “Ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar” — İlham Əliyev
    Prezident icra başçısına irad BİLDİRDİ —
    Prezident icra başçısına irad BİLDİRDİ — "Bunu pozun"
  • ƏN ÇOX OXUNAN

    Sabah hava necə olacaq?
    Sabah hava necə olacaq?
    Çingiz Əhmədovun Əliqismət Lalayevlə
    Çingiz Əhmədovun Əliqismət Lalayevlə "müharibəsinin" səbəbi MƏLUM OLDU — XALQ ARTİSTİ OLMAĞIM ÜÇÜN...
    Elektrik qatarları iki gün işləməyəcək
    Elektrik qatarları iki gün işləməyəcək
    Azərbaycanda dərslərin nə vaxt başlayacağı açıqlandı — RƏSMİ
    Azərbaycanda dərslərin nə vaxt başlayacağı açıqlandı — RƏSMİ
    İcaze.e-gov.az portalı yenidən aktivləşdirildi — RƏSMİ + VİDEO
    İcaze.e-gov.az portalı yenidən aktivləşdirildi — RƏSMİ + VİDEO
    Bakıda xəstəxanada daha iki ölüm — Koronavirus şübhəsi
    Bakıda xəstəxanada daha iki ölüm — Koronavirus şübhəsi
    Bakıda avtobusla sərnişindaşıma tam dayandırılır
    Bakıda avtobusla sərnişindaşıma tam dayandırılır
    Prezident Dövlət Agentliyinə 3,1 milyon manat ayırdı
    Prezident Dövlət Agentliyinə 3,1 milyon manat ayırdı
    Vilyam Hacıyev bu pulları kimə verəcəkdi? — Sensasion iddia
    Vilyam Hacıyev bu pulları kimə verəcəkdi? — Sensasion iddia
    Bu gün ictimai nəqliyyat saat neçəyə qədər işləyəcək? — RƏSMİ AÇIQLAMA
    Bu gün ictimai nəqliyyat saat neçəyə qədər işləyəcək? — RƏSMİ AÇIQLAMA
    Təhsil nazirindən ƏMR — Yeni şura yaradıldı
    Təhsil nazirindən ƏMR — Yeni şura yaradıldı
    Ülvi Quliyev: “Karantin rejiminin sərtləşdirilməsi vətəndaşın sağlamlığının qorunmasına xidmət edir”
    Ülvi Quliyev: “Karantin rejiminin sərtləşdirilməsi vətəndaşın sağlamlığının qorunmasına xidmət edir”
    Həftəsonu qadağalarla bağlı jurnalistlərin nəzərinə!
    Həftəsonu qadağalarla bağlı jurnalistlərin nəzərinə!
    Şərəfli vəzifəyə yiyələnən Höccət Əsədullayev bu işin müqəddəsliyini qoruyub saxlayır - ÖZƏL
    Şərəfli vəzifəyə yiyələnən Höccət Əsədullayev bu işin müqəddəsliyini qoruyub saxlayır - ÖZƏL
    Həftəsonu küçəyə çıxanları hansı cəza gözləyir? — VİDEO
    Həftəsonu küçəyə çıxanları hansı cəza gözləyir? — VİDEO
  • «    İyun 2020    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930