Gəncədə yaşayış binasında YANĞIN - Sakinlər təxliyə edildi

Oxunma sayı: 105
22-02-2021, 11:15

Gəncədə yaşayış binasında YANĞIN - Sakinlər təxliyə edildi


Gəncə şəhərində beşmərtəbəli yaşayış binasında yanğın hadisəsi olub.
Bu barədə “Ölkə.Az”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuatxidmətindən məlumat verilib.

Bildirilib ki, şəhərin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin eyvanında geyim əşyaları 1 m² sahədə və pəncərə çərçivəsi 1 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 8 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş
Xəbər lentİ